...

Tovuzda mebel fabriki tikilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Avqust 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Tovuz / Trend , müxbir N.Fətullaeva/ Tovuz rayonunun İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun verdiyi məlumata görə, Tovuzda yeni mebel fabrikinin tikintisinə başlanıb. Müəssisə 50 nəfəri işlə təmin edəcək.

Zeynalov bildirib ki, mebel fabriki yerli bazarın tələbatlarına uyğun olaraq tikilir. Onun sözlərinə görə, lazım olan avadanlıq xaricdən idxal olunacaq.

Fabrik tam olaraq istifadəyə gələn ilin sonlarında veriləcək.

Xəbər lenti

Xəbər lenti