...

Azərbaycan Səhiyyə Nazirlyi: "Klinik Xəstəxananın morquna beş cəsəd yerləşdirilib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2007 14:40 (UTC +04:00)
Azərbaycan Səhiyyə Nazirlyi: "Klinik Xəstəxananın morquna beş cəsəd yerləşdirilib"

Azərbaycan, Bakı / Trend , müxbir A.Bədəlova/ Çərşənbə axşamı Bakıda tikilməkdə olan 16 mərtəbəli binanın uçması nəticəsində xəsarət alanlardan dörd nəfərindən üçü Klinik Tibbi Mərkəzə yerləşdirilib, Azərbaycan Səhiyyə Nazirlyinin mətbuat xidmətinin çərşənbə günü yaydığı məlumatda belə deyilir.

Sənəddə qeyd edilir ki, onlardan 1-i binanın altında qalan işçinin qardaşı, 21 yaşlı şəxs stress vəziyyətində xəstəxanaya gətirilib.

Hadisə nəticəsində digər yaralanan 24 yaşlı vətəndaş hal-hazırda ağır vəziyyətdə, 3-cü isə orta ağır vəziyyətdədir (45 yaş). 4-cü yaralı isə Travmatologiya və Ortopediya İnstitutunda ambulator müayinədən keçərək evə buraxılıb. Bu gün həmin xəstə yenidən stasionara qəbul edilərək əməliyyat olunacaq (46 yaş).

Hazırda Respublika Klinik Xəstəxanasının morqunda 5 nəfərin cəsədi yerləşdirilib.

Xilasetmə işləri davam etdirilir.

.

Xəbər lenti

Xəbər lenti