...

Baş nazirin müavini: Rusiya Azərbaycanla müttəfiqlik münasibətlərini çox qiymətləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2007 20:38 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir A.Bədəlova/ Rusiya baş nazirinin müavini Sergey Narışkin bildirib ki, Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın növbəti iclasının vaxtını dəqiqləşdirmək lazımdır. Bu barədə avqustun 31-də Bakıda Azərbaycan baş nazirinin müavini Yaqub Eyyubovla görüşündə bildirib.

Narışkin qeyd edib ki, "Rusiya Azərbaycanla qardaşlıq və müttəfiqlik münasibətlərini çox qiymətləndirir" və qonşu ölkədə iqtisadi inkişafı ciddi izləyir.

Yaqub Eyyubov bildirib ki, son illər iki ölkənin əməkdaşılığı bütün istiqamətlərdə inkişaf edir. Onun sözlərlinə görə, Sergey Narışkinin Azərbaycana ilk işgüzar səfəri zamanı əldə olunan razılıqların ölkələr arasınada əməkdaşlığın genişləndirilməsində stimul olacağını bildirib.

İki ölkənin qarşılıqlı ticarət əlaqələrində əsas problem 2007-ci il yanvar 1-dən sonra Rusiyadan qaz idxalının dayandırılması ilə yarana 450-500 mln. dollar həcmində defisitin aradan qaldırılmasıdır. Hazırda əmtəə dövriyyəsində 30 faiz maşıntexniki avadanlıqların payına düşür.

Hazırda Azərbaycan MDB-də adam başına düşən investisiya həcminə görə, Rusiya isə investisiyaların cəlb olunması tempinə görə birinci yerdir.

Xəbər lenti

Xəbər lenti