...

İsraildə G-30 nüfuzlu iqtisadi forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Sentyabr 2007 19:09 (UTC +04:00)

İsrail, Yerusəlim/ Trend , müxbir R.Məmmədov/ 2008-ci ilin mayında İsraildə ilk dəfə olaraq ən nüfuzlu - G-30 iqtisadi forumu keçiriləcək. Bu barədə "Haartez"- "The Marker" iqtisadiyyat qəzetində məlumat verilib.

G-30 1978-ci ildə yaradılıb və dünyada gündəlik iqtisadi vəziyyətin müzakirəsi, həmçinin beynəlxalq iqtisadi proseslərin dərindən öyrənilməsi və təhlili ilə məşğul olur. Forum qeyri-rəsmi beynəlxalq təşkilatdır. Ora xüsusi və ictimai sektorun, həmçinin akademik dairələrin nümayəndələri daxildir.

"The Marker"in məlumatına görə, forum iştirakçıları arasında Çin Xalq Bankının sədri Çjou Syaoçuan, Avropa Mərkəzi Bankının sədri Klod Trişe, ABŞ Federal Ehtiyatlar Bankının keçmiş sədri Pol Uolker, İngiltərə Mərkəzi Bankının sədri Marvin Kinq,İsrail Bankının rəhbəri Stenli Fişer, "Goldman Sachs" İnvestisiya bankının direktoru Cerald Korriqan və iqtisadi təbəqənin digər nümayəndələri --dünyanın iri iqtisadçıları vardır.

Baxmayaraq ki, forumun sədri İsrail Bankının keçmiş rəhbəri Yakov Frenkeldir, onun ən hörmətli iştirakçılarından biri də, Ərəb iqtisadiyyat və sosial inkişaf fondunun sədri, Küveytin keçmiş iqtisadiyyat naziri Abdullətif əl-Hamaddır.

Xəbər lenti

Xəbər lenti