...

Azərbaycanın perspektivli "İnam" dəniz yatağında qazmanın başlanılması vaxtı təyin olunub

Energetika Materials 14 Sentyabr 2007 15:28 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Oktyabrın 15-dən sonra "Caspian Drilling Company" birgə qazma müəssisəsi BP şirkətinin sifarişi üzrə perspektivli "İnam" yatağında qazma işlərinə başlamağı planlaşdırır. BP müqavilə sahəsinin operatorudur. Bu barədə cümə günü Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

"İnam"da quyuların layihə dərinliyi 5000 metri ötür.

"İnam" yatağında BP-nin payı 25, ARDNŞ-ın 50, "Shell"in isə 25 faiz təşkil edir.

Oktyabrın ikinci yarısına qədər "İnam" yatağında qazmanı həyata keçirəcək "İstiqlal" qazma qurğusunda profilaktik işlər aparılacaq.

"Qazma qurğusu uzun müddət dənizdə qalıb ("Şah Dəniz" yatağında qazma işləri həyata keçirirdi), ona görə də profilaktik işlərin həyata keçirilməsinə ehtiyac var" - deyə ARDNŞ-dan bildiriblər. Qurğuya heç bir əlavə avadanlıq quraşdırılmayacaq.

Xəbər lenti

Xəbər lenti