...

Nazir: "Azərbaycan "Nabukko" qaz kəməri layihəsinə səhmdar qismində dəvət olunub"

Energetika Materials 20 Sentyabr 2007 18:56 (UTC +04:00)
Nazir:  "Azərbaycan "Nabukko" qaz kəməri layihəsinə səhmdar qismində dəvət olunub"

Azərbaycan, Bakı / Trend , müxbir Ü.İsmayılova/ Cümə axşamı Azərbaycanın Sənaye Energetika Naziri Natiq Əliyevin verdiyi məlumata görə, cümə axşamı Bakıda Azərbaycan və Avstriya arasında imzalanmış qarşılıqılı anlaşma memorandumu ölkələr arasında "Nabukko" qaz kəməri sahəsində əməkdaşlığın dərinləşməsinə yönəlib.

"Nabukko" layihəsinin operatoru OMV şirkətidir və bu layihədə 20% iştirak payına malikdir.

Dörd min kilometr uzunluğa malik "Nabukko" qaz kəməri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Macarıstan, Rumıniya və Avstriya ərazisindən keçməklə Aralıq və Xəzər dənizində hasil olunan qazın Avropaya daşınmasını təmin edəcək. Kəmərin 2011-ci ildə istismara verilməsi planlaşdırılır. Layihənin dəyəri 5 mlrd. avro məbləğində qiymətləndirilir. "Nabukko"nun işlənməsi ilə Avstriyanın OMV, Macarıstanın MOL, Türkiyənin "Botas", Bolqarıstanın "Bulqarqaz" və Rumıniyanın "Transqaz" şirkətləri məşğul olur.

"Mən hesab edirəm ki, bu gün "Nabukko" üçün real mənbə (qazın daşınmasının) Azərbyacandır. Azərbaycan Dövlət Neft Şirkəti artıq layihədə səhmdar qismində iştirak etmək üçün dəvət olunub" - deyə nazir bildirib.

Nazirin sözlərinə görə, Azərbaycanın bu layihədə böyük iştirak payına malik olmasına ehtiyac yoxdur. "Bizim layihədə iştirakımız vacibdir. Bu, neft şirkətinin (ARDNŞ) nüfuzunu artrır" - deyə nazir qeyd edib.

Onun sözlərinə görə, Avropaya qazın çatdırılması Azərbaycan üçün bir nömrəli məsələdir.

"Biz artıq "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi ərəfəsindəyik. Mərhələnin 2011-ci ilə qədər qüvvəyə minməsi gözlənilir" - deyə nazir bildirib.

Natiq Əliyev, həmçinin, qeyd edib ki, "Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsinin reallaşması çərçivəsində qazın hasilatı 21 mlrd. kubmertə çatdırılacaq. "Bu səbəbdən də, bizə bazarlar, yeni qaz kəmərləri lazımlır. Təbii ki, Azərbaycan da "Nabukko" kimi iri layihələrdən kənarda qalmamalıdır" - deyə nazir bildirib.

Nazir "Nabukko" layihəsinin reallaşması zamanı onun dəyərinin artmasını istisna etməyib.

Xəbər lenti

Xəbər lenti