...

"Azərenerji" SC istehsal olunan enerjinin həcmini açıqlayıb

Energetika Materials 4 Oktyabr 2007 02:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "Azərenrji" SC-nin mətbuat xidmətindən verilən məlumata görə, yanvar-avqust ayları ərzində SC tərəfindən təxminən 15,8 mlrd. kVt/saat elektrik enerjisi istehsal olunub. 2006-cı ilin yanvar-sentyabr ayları ərzində bu göstərici 17,5 mlrd. kVt/saat təşkil edib ki, bu rəqəmin 15,5 mlrd. kVt/saatı istilik elektrik stansiyalarının payına düşür.

9 ay ərzində istehsal olunan elektrik enerjisinin ümumi həcminin13,9 mlrd. kVt/ saatı istilik elektrik stansiyalarının, 1,9 mlrd. kVt/ saatı isə su elektrik stansiyalarının payına düşür.

Sentyabr ayında 1,5 mlrd. kVt/ saatdan çox elektrik enerjisi istehsal olunub və Rusiya, İran və Gürcüstan ilə elektrik enerjisi axını davam etdirilib.

Xəbər lenti

Xəbər lenti