...

Azərbaycanda 2008-ci il üçün yanacaq-energettika balansının hazırlıq prosesinə başlanıb

Energetika Materials 24 Oktyabr 2007 18:49 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Əliyev/ Azərbaycanın Sənaye və Energetika Nazirliyi ölkənin

2008-ci il üçün yanacaq-energetika balansının hazırlıq prosesinə başlayıb. Hökumətdən verilən məlumata görə, balansın hazırlıq proesesi noyabrın sonu, dekabrın əvvəlində başlanacaq.

Gələn il üçün nəzərdə tutulan balans göstəricilərinin ən mühümü qaz üzrə göstəricilərdir. Bunlara Azərbaycanın "Şahdəniz" qaz-kondensant yatağından əldə edəcəyi qazın həcmi, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin Azərbaycana "Azəri"-"Çıraq"-"Günəşli" yatağından ötürəcəyi səmt qazı daxildir.

Gürcüstana ixrac məsələsində qaz üzrə balans çox mühümdür. Azərbaycanın yanacaq-enegetika kompleksinin nümayəndələrinin dəfələrlə bəyan etdikləri kimi, Gürcüstana qaz ixracı Azərbaycanda qazın balansından və ixrac üçün sərbəst həcmdə qazın olmasından asılı olacaq.

Hazırda TİƏ-nin balansının gələn il üçün nəzərdə tutulmuş göstəricilərinin ilkin razılaşdırılması və təsdiqi aparılır. Hazırlandıqdan sonra göstəricilər hökumətin təsdiqinə təqdim olunacaq.

Xəbər lenti

Xəbər lenti