...

Türkmənistan və "İTERA" neft-qaz layihələrini müzakirə edib

Energetika Materials 29 Oktyabr 2007 17:11 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / "İTERA" beynəlxalq şirkətlər qrupu Türkmənistanla Xəzər dənizinin Türkmənistan hissəsi şelfində karbohidrat yataqlarının mənimsənilməsi məsələlərini müzakirə edib. Bu barədə şirkətin məlumatında bildirilir.

Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov Aşqabadda "İTERA"nın Direktolar Şurasının sədri İqor Makarovu qəbul edib.

Görüşdə "İTERA" və Türkmənistanın neft-qaz sahəsində və iqtisadiyyatın digər sahələrində əməklaşlıq perspektivləri, yod-brom istehsalına başlanması, karbamid zavodlarının tikintisi, həmçinin, "Avaza" kurort zonasında dəbdəbəli mehmanxananın tikintisi məsələləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti