...

Azərbaycan və Avropa İttifaqı energetika sahəsində islahatları müzakirə ediblər

Energetika Materials 4 Dekabr 2007 19:45 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir A.Bədəlova/ Azərbaycan Respublikasının Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadov Avropa Komissiyasının Xarici əlaqələr üzrə Baş Direktorluğunun nümayəndələri Cüzeppe Buzuni və Meels Korka ilə görüşündə energetika sahəsində islahatların aparılmasına dair məsələlər müzakirə edib. Bu barədə nazirliyin yaydığı məlumatda xəbər verilib. Görüşdə Avropa Qonşuluq Siyasəti çərçivəsində, energetika sahəsində milli qanunvericiliyin Avropa İttifaqı standartlarına uyğunlaşdırılması məsələləri barədə danışıqlar aparılıb. Azərbaycan və Avropa İttifaqı arasında qəbul edilmiş Fəaliyyət Planı çərçivəsində, təşkilat ölkəmizin milli qanunvericiliyinin Avropa standartlarına uyğunlaşdırılması məqsədilə, Azərbaycan hökumətinə 14 milyon dollar məbləğində qrant ayırıb. Görüşdə energetika sahəsində yeni qanunların qəbulu və təkmilləşdirilməsi məqsədilə Avropa İttifaqı ekspertlərinin Azərbaycana səfəri barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti