Azərbaycan, Bakı / Trend / Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Novorossiysk limanından 605 min barrel (83 min ton) həcmində neft partiyasının satışı ilə bağlı tender elan edib. Bu barədə ARDNŞ-ın məlumatında bildirilir. Neft partiyası yanvarın 29-31-də yüklənəcək. Tenderin yekunları yanvarın 7-də aparılacaq.
Neft partiyası Novorossiysk limanından aşağıdakı şirkətlər tərəfindən alınacaq:
"Glencore Energy" UK Ltd - fevral (450 min barrel);
REOC Ltd - mart (450 min barrel);
"Glencore Energy" UK Ltd - aprel (450 min barrel);
"Sunoil SA" - may (450 min barrel);
"Oil Refineries" LTD - iyun (1,2 mln. barrel);
"Oil Refineries" LTD - iyul (1,2 min barrel);
"Glencore" - avqust - (1,2 mln. barrel);
"Glencore" - sentyabr (605 min barrel);
"Arcadia Petroleum Limited" - dekabr (600 min barrel).