...

Azərbaycan neftinin qiyməti artıb

Energetika Materials 18 Yanvar 2008 17:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar / Trend , A.Bədəlova/ Azərbaycanın AZERI LT CIF Augusta növlü neftinin yanvarın 17-də qiyməti 1 barel üçün 89,95 dollar təşkil edib. 1997-ci ildən yüngül neft hasil edən Azərbaycan Dövlət Neft Şirkətindən cümə günü verilən məlumata görə, cümə axşamı neftin qiyməti çərşənbə gününə nisbətdə 1 barel üçün 0,17 dollar artıb.

Azeri Light neft növü Azərbaycanın "Azəri-Çıraq-Günəşli" yatağından çıxarılır. Neft digər növlərlə qarışdırılmadan, Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə Türkiyənin Ceyhan limanına, Bakı-Supsa kəməri ilə Gürcüstanın Supsa və dəmir yolu ilə Batumi limanlarına çatdırılır.

ARDNŞ-dən bildiriblər ki, AZERI LT FOB Ceyhan-nın yanvarın 17-də qiyməti 1 barel üçün 88,35 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,17 dollar çoxdur.

Azərbaycan həmçinin neftin URAL növünü Novorossiysk limanından satır. Buraya xammal Bakı-Novorossiysk boru kəməri ilə çatdırılır. Keyfiyyətli Azərbaycan nefti Rusiyanın boru kəmərləri şəbəkəsində digər növlərlə qarışdırılır və Novorossiysk limanında URAL adı ilə satılır. Bu növ, spesifikasiyasına görə, Azərbaycan neftindən keyfiyyət və qiymətcə aşağıdır.

Yanvarın 17-də URALS neftinin qiyməti 1 barel üçün 84,64 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,2 dollar artıqdır.

Analoji vəziyyt Şimal dənizindən hasil edilən neftin Brent Dated etalon növünə də aiddir. Brent Dated neftinin yanvarın 17-də qiyməti 1 barel üçün 88,91 dollar təşkil edib. Bu, əvvəlki qiymətdən 0,44 dollar çoxdur.

Xəbər lenti

Xəbər lenti