...

"Sumqayıtelektrikşəbəkə"nin abunəçilərinin 90 faizinə sayğac quraşdırılıb

Energetika Materials 5 Fevral 2008 20:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 fevral / Trend / Hazırda "Sumqayıtelektrikşəbəkə" ASC-nin (Sumqayıtının elektrik paylayıcısı) abunəçilərinin təxminən 90 faizinin sayğacı var, bu da 218 min abunəçi təşkil edir,-- SC-nin məlumatında deyilir. SC ümumilikdə 242 min abunəçiyə malikdir.

Azərbaycanın Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Sumqayıtın elektrik paylayıcı şəbəkəsini ("Sumqayıtelektrikşəbəkə" ASC-yə daxil olan) və "Şəki regional elektrik paylayıcı şəbəkəsi" MMC-ni Azərbaycanın "Xazar Invest" şirkətinin idarəsinə verilir. Şirkət, beş ilə ərzində Sumqayıt şəbəkəsnə $85 mln. və Şəki regional şəbəkəsinə $11 mln. yatırmağı öhdəsinə götürüb.

Dövlət Komitəsi, elektrik paylayıcı şəbəkəsinin idarə verilməsinin əvvəlki təcrübəsindən imtina edərək, tələbləri sərtləşdirib. Yeni şərtlərə əsasən, idarəyə verilmə müqaviləsi 25 illik deyil, beş illik bağlanılacaq. Bu müddət başa çatdıqda, investorların müqaviləyə əsasən, bütün tələbləri yerinə yetirərəsə, müqavilə daha beş il uzadıla bilər.

Digər şərt ondan ibarətdir ki, şəbəkələrin aktivləri dövlətin himayəsində qalacaq, investorlar isə, onları yalnız idarə edəcəklər.

İnvestor əhalini fasiləsiz elektrik enerjisi ilə təmin etməli, itkiləri azaltmalı, vəsaitin yığımını artırmalı və vaxtında "Azərenerji" SC-yə verilmiş elektrik enerjisinin vəsaitlərini ödəmələri etməlidir. Tələblər yerinə yetirilmədikdə, müqavilə ləğv edilə bilər.

Əvvəl Sumqayıt şəbəkəsini Türkiyənin "Barmek" şirəkti idarə edib. Lakin şərtlərin pozulduğundan, müqavilə ləğv edilib, şirkətin rəhbəri Hüseyn Arabul və bir sıra şirkət əməkdaşlarına qarşı cinayət işi qaldırılıb. Şəki şəbəkəsini, o cümlədən 46 rayonun şəbəkəsini Azərbaycanın "Bayva" şirkəti idarə edib, lakin investisiya üçün vəsait olmadığından, müqavilə ləğv edilib.

Xəbər lenti

Xəbər lenti