...

Azərbaycanın iri kimyəvi məhsul istehsalçısı xammalın alınmasına dair tender elan edib

Energetika Materials 6 Fevral 2008 15:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend / "Azərikimya" DK-nın tərkibinə daxil olan Səthi Aktiv Maddələr Zavodu kaustik soda və xlor istehsalı üçün gərəkli olan xammalın alınmasına dair tender elan edib. Şirkətin məlumatında bildirilir ki, tenderdə 28 min ton həcmində texniki duzun alınması planlaşdırılır.

Tenderdə maraqlı olan şəxslər martın 11-dək təkliflərini təqdim etməlidirlər. Tenderdə iştirakın dəyəri 200 manat təşkil edir. Tender proseduru martın 19-da baş tutacaq.

Alınan xammal 2008-ci il ərzində zavoda təqdim olunmalıdır.

Xəbər lenti

Xəbər lenti