...

Azərbaycan İrana təbii qaz ixracına başlayıb

Energetika Materials 14 Fevral 2008 16:48 (UTC +04:00)
Azərbaycan İrana təbii qaz ixracına başlayıb

Azərbaycan, Bakı, 14 fevral/ " müxbir S.Əliyev/ Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) fevralda öz təbii qazının İrana ixracına başlayıb. Bu barədə cümə axşamı "Azəriqaz" QSC-dən məlumat veriblər. Qaz onun boru kəmərləri ilə ixrac edilir.

"Azəriqaz"-ın nümayəndəsinin sözlərinə görə, İrana $300/min kubmetr qiyməti ilə gündə 1 mln. kubmetr qaz tədarük edilir. Müqavilə 30 mln. kubmetr qazın tədarükü üçün imzalanıb.

Azərbaycan və İranı uzunluğu 1474,5 km. olan Qazıməmməd-Astara-Bind-Biand qaz kəməri birləşdirir. Qaz kəmərinin Azərbaycan ərazisindən hissəsinin uzunluğu 296,5 kilometrdir. Onun buraxıcı gücü ildə 10 mlrd. kubmetrdir. Bu marşrut 1971-ci ildə istismara verilən Qazax-Astara-İran boru kəmərinin qoludur. Onun üzərində Qazıməmməd, Ağdaş və Qazaxda üç kompressor stansiyası tikilib. Qaz nəqliyyatı sistemi 55 atm. təzyiqə hesablanıb. Boru kəmərinin diametri 1200 mm.-dir.

Məqalə müəllifinin ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti