...

OPEK neft hasilatını əvvəlki səviyyədə saxlamağı qərara alıb

Energetika Materials 6 Mart 2008 14:31 (UTC +04:00)
OPEK neft hasilatını əvvəlki səviyyədə saxlamağı qərara alıb

Avstriya, Vyana, 06 mart / Trend , A.Ələsgərov, A.Bədəlova/ Trend ın Vyanadakı xüsusi müxbirinin verdiyi xəbərə görə, OPEK çərşənbə günü Vyanada keçirilən konfransın 148-ci iclasında ABŞ prezidentinin təşkilat ölklərində xammal hasilatının artırılmasına dair çağırışına baxmayaraq, neft hasilatının əvvəlki, sutkada 32 mln. barel səviyyəsində saxlanılmasını qərara alıb.

Əlcəzairin energetika naziri, OPEK-in sədri Çakib Xəlil iclasda bildirib ki, dünya bazarı neft çatışmazlığı hiss etmir. Onun sözlərinə görə, xammalın kommersiya ehtiyatları mövsümü tendensiyaya uyğundur, "bazar isə dəyişkən deyil, stabil olmalıdır".

İclas zamanı ABŞ-da iqtisadi artımın enməsi və dünya üzrə iqtisadi artımın və neftə olan tələbatın enmə riskini artıran maliyyə bazarlarında kreditləşmə böhranı müzakirə olunub. İclasda həmçinin, Amerikanın "ExxonMobil" şirkəti ilə Venesuelanın "Petroleos de Venezuela SA" Dövlət Neft Şirkəti arasında davam edən fikir ayrılığı məsələsi nəzərdən keçirilib.

Dünya üzrə neft hasilatının 40 faizinə sahib olan OPEK konfransının növbəti iclası sentyabrın 9-da Vyanada keçiriləcək.

ABŞ-ın Dövlət Energetika İnformasiya İdarəsindən (EIA) Trend a bildiriblər ki, 2009-cu ildə OPEK-in neft hasilatı orta hesabla sutkada 31,8 mln. barel proqnozlaşdırılır. EIA-nın proqnozlarına görə, dünya üzrə neftə olan tələbat 2008-2009-cu illərdə sutkada 1,6 mln. barel artacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : [email protected]

Xəbər lenti

Xəbər lenti