...

Avropanın qaz idxalından asılılığı 70 faizə çatacaq – Edison

Energetika Materials 11 Mart 2008 13:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 mart / Trend , müxbir A.Bədəlova/ 2013-cü ilə qədər Avropada qaza olan tələbat 2006-cı ilin 558 mlrd. kubmetrinə nisbətdə 638 mlrd. kubmetr təşkil edəcək. İtaliyanın "Edison" qaz şirkətinin proqnozlarına görə, 2020-ci ilə qədər Avropada qaza olan tələbat təxminən 13 faiz artaraq 720 mlrd. kubmetrə çatacaq. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məruzədə bildirilir.

Hazırda Azərbaycanla qaz tədarükünə dair danışıqlar aparan "Edison" qeyd edir ki, Avropa qaz idxalından 12 ildən sonra 70 faiz asılı olacaq ki, bu da 720 mlrd. kubmetrlə yanaşı, 500 mlrd. kubmetr təşkil edəcək. 2006-cı ildə idxaldan asılılıq 45 faiz təşkil edib.

Yunanıstanın DEPA şirkəti ilə Adriatik vasitəsilə İtaliyada Poseydon qaz kəmərini inşa edən "Edison"nun məlumatına görə, elektrik enerjisinin istehsalı üçün Avropanın qaza olan tələbatı 2020-ci ilə qədər 2013-cü ilin 212 mlrd. kubmetrinə nisbətdə 259 mlrd. kubmetrə qədər artacaq. Avropanın sənaye sektorunun qaza olan tələbatı 2020-ci ilə qədər 8 faiz artaraq 2013-cü ilin 181 mlrd. kubmetrinə nisbətdə 196 mlrd. kubmetrə çatacaq. Avropa əhalisinin qaza olan təlabatı 2020-ci ilə qədər 7 faiz və ya 234 mlrd. kubmetrə qədər artacaq. Bu göstərici 2013-cü ildə 218 mlrd. kubmetr təşkil edəcək.

2020-ci ilə qədər Avropaya boru kəməri nəqliyyatı ilə 310 mlrd. kubmetr qaz tədarük olunacaq, 119 mlrd. kubmetr qaz mayeləşdirilmiş təbii qaz tədarükünün payına düşəcək.

"Nabukko" qaz kəmərinin tikintisi üzrə operator olan "Nabucco Gas Pipeline International"ın məlumatına görə, Avropanın qaz idxalından asılılığı 2020-ci ilə qədər 68 faizə qədər artacaq. 2010-cu ildə Avropa Birliyinin 27 üzv dövlətinin sənaye sektoru 128 mln. ton neft ekvivalenti, elektrik enerjisi sektoru isə 158 mln. ton neft ekvivalentinə ehtiyac duyacaq.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan : Capital

Xəbər lenti

Xəbər lenti