...

Gürcüstan hökuməti Kulevidəki neft terminalının işə salınmasına icazə verib

Energetika Materials 14 Mart 2008 15:04 (UTC +04:00)
Gürcüstan hökuməti Kulevidəki neft terminalının işə salınmasına icazə verib

Azərbaycan, Bakı, 14 mart/ Trend , müxbir S.Əliyev/ Gürcüstan hökuməti cümə axşamı bu ölkənin Qara dəniz sahilində, Kulevidəki neft terminalının işə salınmasına icazə verib. Bu barədə cümə günü SOCAR Energy Georgiya şirkətinin rəhbəri Mahir Məmmədov məlumat verib.

"Bəzi sənəd məsələlərini həll etmək qalıb və limanın sərhədləri müəyyənləşdirilməlidir" - o bildirib.

SOCAR Energy Georgia şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə müəssisəsidir.

Onun sözlərinə görə, bu il ARDNŞ-a məxsus olan Kulevidəki terminalda quru yüklərin aşırılması və mayeləşdirilmiş qaz (LPG) üçün terminalın tikintisinə başlamaq nəzərdə tutulur.

"ARDNŞ artıq terminal üzrə reallaşdırılacaq ekoloji tədbirlər paketini qəbul edib" - Məmmədov bildirib.

Terminalın tikintisi üçün Azərbaycan Dövlət Neft Şirkəti ümumi həcmi $301 mln. olmaqla, iri sindikatlaşdırılmış kredit alıb. 15 əcnəbi bankdan ibarət kredit sindikatına "Societe Generale" başçılıq edib. Krediti 2009-cu ilədək qaytarmaq güman edilir.

Terminalın aşırma gücü 9 mln. ton təşkil edir (2 mln. ton xam neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut). Terminalın çən parkının ümumi tutumu 320 min. kubmetrdır. Aşırma gücünü 20 mln. və çən parkını 380 min kubmetrədək artımaq planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti