...

Azərbaycanda neft koksunun istehsalı təxminən 12 dəfə artıb

Energetika Materials 7 Aprel 2008 15:36 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 aprel / Trend / Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (keçmiş "Azərneftyanacaq") 2007-ci ilin yanvar-mart aylarındakı 2,6 min ton (11,7 dəfə çox) göstərici ilə müqayisədə bu ilin yanvar-mart aylarında 30,61 min ton neft koksu istehsal olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (ARDNŞ) məlumat verilib.

2007-ci ildə neft koksu istehsalının ümumi həcmi 85 min ton təşkil edib.

2006-cı ildə 67,24 min ton neft koksu istehsal olunub. 2005-ci ildə isə müəssisədə neft koksu istehsal olunmayıb. Azərbaycanda istehsal olunan neft koksunun əsas istehlakçısı Rusiyanın alüminium zavodlarıdır.

Xəbər lenti

Xəbər lenti