Azərbaycan, Bakı, 07 aprel / Trend , müxbir A.Bədəlova/ 31 mart-04 aprel həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $104,24/barel təşkil edib.
31 mart-04 aprel həftəsindəAZERI LT neftinin maksimal qiyməti $106,2/barel, minimal qiyməti isə $101,99/barel təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14 faizdir.
31 mart-04 aprel həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URAL (EX-NOVO) neftinin orta qiyməti $95,27/barel təşkil edib.
31 mart-07 aprel həftəsində URALS neftinin maksimal qiyməti $97,58/barel, minimal qiymət isə $92,73/barel təşkil edib.
URAL neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3 faizdir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.
31 mart-07 aprel həftəsindəBrent Dated neftinin orta qiyməti $101,2/barel təşkil edib. Maksimal qiyməti $102,69/barel, minimal qiymət isə $99,12/barel təşkil edib.
Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36faizdir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]