...

Gürcüstan Rusiyaya elektrik enerjisinin ixracını artırıb

Energetika Materials 23 Aprel 2008 20:02 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 23 aprel / Trend , müxbir N.Kirtsxaliya / Gürcüstan Rusiyaya elektrik enerjisinin həcmini artırıb. Gürcüstanın Elektriksistemi operatorundan verilən məlumata görə, ixrac idxalı cüzi miqdarda üstələyir, sutkada 4,040 mln. kilovat təşkil edir, ixracın göstəricisi isə 1,943 mln. kilovata bərabərdir.

Gürcüstanın digər ixrac-idxalçılarına gəlincə isə bu müddət ərzində nə Azərbaycan, nə Ermənistan, nə də ki Türkiyə ilə alış- satış həyata keçirilməyib.

İxracdan əlavə Gürcüstanın mövsümi istilik və su elektrik stansiyaları mənbələri var. Sutkada 9,293 mln. kVt elektrik enerjisi istehsal edən stansiya İnquri SES ən çox enerji istehsal edən stansiyalardandır.

Bütün ölkə üzrə sutkalıq elektrik enerjisi istehsalına gəlincə isə aprelin22-də bu rəqəm 23,764 mln. kVt, sutkalıq istehlak isə 20,667 mln. kVt-a bərabərdir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: trend

Xəbər lenti

Xəbər lenti