Azərbaycan, Bakı, 07 may / Trend / Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycada 46,98 min ton bitum istehsal olunub. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən məlumat verilib. Göstərilən həcm bu dövr üçün proqnozlaşdırılandan 21,4 faiz və ya 12,82 min ton azdır.
Ötən ilin yanvar-aprel aylarında bitumun istehsal həcmi 40,52 min ton təşkil edib. Bu göstərici cari ilin analoji dövr göstəricisindən 6,46 min ton və ya 15,9 faiz azdır.
Ötən il bitum istehsalı 183 min ton təşkil edib.