...

Azərbaycan neftinin qiyməti: 12-16 may həftəsinin yekunları

Energetika Materials 21 May 2008 21:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 may / Trend , müxbir A.Bədəlova/ 12-16 may həftəsində Azərbaycanın Gürcüstanın Supsa və Batumi limanlarından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $125,66/barr. təşkil edib, bu da ötən həftənin orta qiymətindən $3,09/barr çoxdur.

12-16 may həftəsində AZERI LT neftinin maksimal qiyməti $126,27/barr, minimal qiyməti isə $124,06/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

12-16 may həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $115,8/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $66,30/barr və ya 5,2 faiz çoxdur.

12-16 may həftəsində URALS neftinin maksimal qiyməti $116,45/barr, minimal qiymət isə $114,09/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq dəyişir.

12-16 may həftəsində Brent Dated neftinin orta qiyməti $122,62/barr təşkil edib, bu da ötən həftənin orta qiymətindən $2,96/barr çoxdur.

Ötən həftə Brent neftinin maksimal qiyməti 123,16$/barr, minimal qiymət isə $122,14/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti