...

Qazaxıstan "Odessa – Brodı" vasitəsilə neft nəql etməyə hazırdır

Energetika Materials 23 May 2008 20:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may/ Trend / Qazaxıstan öz enerji ehtiyatlarını "Odessa - Brodı" neft kəməri ilə nəql etməyə hazırdır. UNİAN -ın müxbirinin verdiyi xəbərə görə, bu barədə Qazaxıstan Respublikasının energetika və mineral ehtiyatlar nazirinin müavini Ləzzət Kiinov Kiyevdə keçirilən Enerji Sammiti iştirakçılarının birgə mətbuat konfransında məlumat verib.

Kiinov xüsusilə də bugünkü sammitin qərarını alqışlayıb. "Qazaxıstan öz enerji ehtiyatlarını sizin sistem üzrə tədarük etməyə hazırdır", - o bildirib. Bununla yanaşı nazir müavini bunun xalqları yaxınlaşdıracağına ümid etdiyini bildirib.

Enerji Sammitinin əsas mövzularından biri "Odessa - Brodı" neft kəmərinin avers rejimə keçirilməsinin əməli olaraq reallaşdırılmasıdır.

Xəbər lenti

Xəbər lenti