...

"Palmali" Şirkətlər Qrupu Rusiya şirkəti üçün yanacaq daşıyacaq

Energetika Materials 24 May 2008 13:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 may / Trend / "Palmali Shipping" şirkəti "Lukoyl" ASC-nin neft məhsullarının tədarükü üzrə törəmə şirkəti olan "Litasko" ilə müqavilə bağlayıb. Bu haqda "Palmali" şirkətinin şənbə günü yaydığı məlumatda bildirilib. Müqaviləyə müvafiq olaraq, "Palmali" Nijni Novqorod və ya Permdən Sankt-Peterburqa və ya Vısotska daxili su yolları ilə 150 mindən 250 min tonadək yanacaq daşınmasını həyata keçirəcək.Müqavilə 10 il müddətinə bağlanıb və 4-6 min ton dedveytli barja və çay gəmilərinin istifadəsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti