...

Gürcüstanda ən ucuz benzin Azərbaycan benzinidir

Energetika Materials 28 May 2008 14:57 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 28 may / Trend , müxbir N.Kirtsxaliya/ Gürcüstanda neft məhsullarının qiymətləri artıb. Bu haqda neft məhsulları ixracatçıları, idxalçıları və istehsalçıları İttifaqının nümayəndələri dünya bazarında neftin qiymətinin artması ilə bağlı bu gün keçirilən brifinqdə bəyan ediblər.

"Hazırda qiymət artımından sonra benzinin qiyməti 5 tetri, dizel yanacağının qiyməti isə 10 tetri təşkil edir, - İttifaqın prezidenti Vano Mtvralaşvili bildirib. Gürcüstanda hazırda Türkmənstan və Azərbaycandan tədarük edilən dizel yanacağının qiyməti bir litr üçün 1.75 - 1.85. ları, avrodizel üçün isə - 2.10 lari təşkil edir".

Benzinə gəldikdə isə, Azərbaycan yanacağının qiyməti 1.65 - 1.70 lari, Avropa yanacağının qiyməti - 1.80-dən 2 lariyədək təşkil edir. "Yaxınlarda neft məhsullarının daha 10 tetri bahalaşacağını gözləyirik. Bu da dünya bazarında müşahidə olunan qiymət artımı ilə bağlıdır", - Mtvralaşvili qeyd edib.

Bununla yanaşı, o, həmçinin qeyd edib ki, Gürcüstan bazarda mövcud olan rəqabətin hesabına nisbi də olsa, aşağı qiymətləri qoruyub saxlaya bilib.

Xəbər lenti

Xəbər lenti