...

ABŞ Azərbaycanın enerji imkanlarının sürətlə genişlənəcəyinə ümid edir - prezident Corc Buş

Energetika Materials 3 İyun 2008 12:03 (UTC +04:00)
ABŞ Azərbaycanın enerji imkanlarının sürətlə genişlənəcəyinə ümid edir - prezident Corc Buş

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir A.İsmayılova/ ABŞ Azərbaycanın enerji imkanlarının sürətlə genişlənəcəyinə ümid edir.

"Azərbaycan Avropaya enerji resurslarının tədarükündə əsas rol oynayır", - deyə çərşənbə axşamı Bakıda açılan "Xəzər neft-qaz - 2008" sərgisinin iştirakçılarına göndərilmiş ABŞ prezidenti Corc Buşun məktubunda bildirilir.

ABŞ prezidenti Azərbaycandan Avropaya gedəcək Qazaxıstan neftinin tranzit həcminin artacağına, Gürcüstan və Türkiyənin isə bu resursların ekoloji cəhətdən təmiz nəqlinə yardım edəcəklərinə ümid etdiyini bildirib.

2011-ci ildən sonra Qazaxıstan iri "Kaşaqan" yatağında xammal hasilatına başlanması hesabına neft ixracını artıracaq. Bu neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə nəql olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti