...

Hazırki şəraitdə elektrik enerjisi sektoru dövlətin mülkiyyətində olmalıdır - Azərbaycanın Baş naziri

Energetika Materials 3 İyun 2008 14:57 (UTC +04:00)
Hazırki şəraitdə elektrik enerjisi sektoru dövlətin mülkiyyətində olmalıdır - Azərbaycanın Baş naziri

Azərbaycan, Bakı, 03 iyun / Trend , müxbir İ.Xəlilova/ Azərbaycan hökuməti hesab edir ki, hazırki şəraitdə elektrik enerjisi sektoru dövlətin mülkiyyətində olmalıdır ki, bu da strateji məsələlərin həllinə istənilən vaxt müdaxilə etmək imkanı verir. Bu haqda hər il keçirilən "Xəzər neft və qaz-2008" sərgisinin çərşənbə axşamı açılışında Azərbaycanın Baş naziri Artur Rəsizadə jurnalistlərə bildirib.

Bununla bağlı olaraq Azərbaycan hökuməti Cənubi-Koreyanın "Kepko" şirkətinin ölkədə özəl elektrik stansiyasının tikintisinə dair təklifi barədə hələ ki, qərar qəbul etməyib.

"Hökumətdə bununla bağlı müxtəlif mövqelər var. Bu məsələnin tərəfdarları və əleyhdarları var. Mən hələ konkret fikrə gəlməmişəm", - deyə Rəsizadə bildirib.

Onun sözlərinə görə, bir tərəfdən, bu rəqabət yaradacaq ki, bu da elektrik enerjisinin dəyərinin aşağı düşməsinə gətirib çıxardacaq. "Hazırda elektrik stansiyasının tikintisi və elektrik enerjisinin satışı bizim üçün ən əlverişli işdir", - deyə Baş nazir bildirib.

Digər tərəfdən, "mən belə bir nəticəyə gəlmişəm ki, yalnız bazar iqtisadiyyatı prinsiplərilə yaşamaq mümkün deyil, dövlət milli maraqlardan çıxış etməlidir" - Rəsizadə qeyd edib.

"Kepko"nun Ələt qəsəbəsində (Bakı yaxınlığında) 818 MVt gücündə özəl istilik elektrik enerjisi stansiyasının tikintisi üzrə layihəsi 640 mln. manat (523 mln. avro) dəyərində qiymətləndirilir. "Kepko" tərəfindən hazırlanan layihənin texniki-iqtisadi əsaslandırmasına görə, stansiya iki qaz və bir buxar turbinindən ibarət olacaq, FİƏ 57,27 faiz qiymətləndirilir.

Stansiyada müasir qaz turbinlərindən istifadə nəticəsində saatda 1 kVt enerjinin əldə edilməsi üçün 0,185 kub metr təbii qazın istifadəsi nəzərdə tutulur, yəni 1 kub metr qazdan saatda 5,4 kVt elektrik enerjisi alınacaq. "Kepko"nun təklifləri Azərbaycan üçün münasib olacağı təqdirdə, elektrik stansiyası 3-3,5 il ərzində tikiləcək.

Xəbər lenti

Xəbər lenti