...

Energetika üzrə Avropa komissarı Xəzəryanı ölkələrə səfər etməyi planlaşdırmır

Energetika Materials 11 İyun 2008 17:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 iyun/ Trend , müxbir A.Bədəlova/ Avropa İttifaqının energetika üzrə komissarı Andris Piyebalqs yaxın vaxtlarda Xəzəryanı ölkələrə səfər etməyi planlaşdırmır.

Avropa komissarının mətbuat xidmətindən çərşənbə günü Trend -a bildiriblər ki, hazırda Piyebalqs böyük səkkizliyin" görüşü ilə bağlı Yaponiyada səfərdədir.

Bir sıra Azərbaycan KİV Aİ-nin Azərbaycandakı səfiri Alan Vadamsa istinadən, bu həftə Türkmənistanda olan Piyebalqsın yaxın vaxtlarda Bakıya gələcəyinə dair məlumat yayıb.

"İyunun sonunadək Piyebalqsın Azərbaycan və Türkmənistana səfəri planlaşdırılmır", - mətbuat xidmətinin nümayəndəsi bildirib.

Avropa İttifaqı Azərbaycan, Qazaxıstan və Türkmənistanla neft-qaz sektorunda Anlaşma Memorandumu imzalayıb. Bu ilin mayında Aİ və Türkmənistan neft-qaz sahəsində əməkdaşlıq haqqında saziş əldə ediblər. Piyebalqs əvvəllər bildirib ki, Türkmənistan ölkənin yeni neft və qaz yataqlarının işlənilməsində Avropa sərmayələri üçün cəlbedici obyekt ola bilər.

Xəbər lenti

Xəbər lenti