...

Azərbaycanın "Qazprom"la danışıqlarında Tbilisi üçün heç bir təhlükə yoxdur - Gürcüstanın iqtisadiyyat naziri

Energetika Materials 11 İyun 2008 18:00 (UTC +04:00)
Azərbaycanın "Qazprom"la danışıqlarında Tbilisi üçün heç bir təhlükə yoxdur - Gürcüstanın iqtisadiyyat naziri

Gürcüstan, Tbilisi, 11 iyun / Trend , müxir N.Kirtsxaliya / Gürcüstan Azərbaycan tərəfindən Gürcüstana qaz tədarükü ilə bağlı heç bir problem yaranmayacağına dair tam zəmanət alıb. Bu haqda Gürcüstanın iqtisadiyyat naziri Yekatirina Şaraşidze Rusiya "Qazprom"-unun Azərbaycan qazının alınmasıı ilə bağlı Bakıya olan təklifləri şərh edərkən bildirib.

"Qazprom" idarə heyətinin sədri Aleksey Miller Bakıda iyunun əvvəllərində Azərbaycan qazının alınmasında maraqlı olduğunu bəyan edib.

" Azərbaycan və "Qazprom" arasında bu istiqamətdə danışıqlar gedir və bunu kimsə gizlətmir, lakin biz bunun Gürcüstana artırılacaq qaz tədarükünə təsir göstərməyəcəyinə dair zəmanət almışıq", - deyə o bildirib.

"Bir daha qeyd etmək istərdim ki, Gürcüstan öz qazını alacaq və bu danışıqlarda Tbilisi üçün heç bir təhlükə yoxdur", - deyə nazir qeyd edib.

Hazırda Azərbaycan Dövlət Neft Şirkəti Gürcüstana 1,2-1,3 mln. kub metr şəxsi təbii qazını tədarük edir. Gürcüstana qazı Azərbaycanın "Şahdəniz" yatağının işlənməsi üzrə tərəfdaşları da tədarük edir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti