...

Azərbaycan Dövlət Neft Şirkəti iri dəniz yatağında hasilatı ildə 1 milyon tonadək artırmaq niyyətindədir

Energetika Materials 13 İyun 2008 14:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun/ Trend / Azərbaycan Dövlət Neft Şirkəti "Neft Daşları" yatağından ildə 1 mln. tondan çox neft hasil etmək üçün 20 yeni quyu qazmaq niyyətindədir. Bu barədə şirkətin məlumatında deyilir. Proqnozlara görə, bu yataqdan neft hasilatı ildə 1,2 mln. tonadək çatdırılmalıdır.

Bir müddət əvvəl ARDNŞ yeni quyunun qazılmasını başa çatdırıb. Quyu bu yataqda yerləşən 1887 nörmərli platformadan qazılıb. Sutkalıq debiti 30 ton olan quyu Qırmakiüstü qumlu lay dəstəsində təqribən 2820 m dərinlikdə qazılıb. İndiyədək platformadan ümumi sutkalıq debiti 400 ton olan təqribən 12 quyu qazılıb. Platformadan ümumilikdə 36 quyu qazılacaq. Güman edilir ki, onların qazılmasından sonra platformadan ümumi neft hasilatı sutkada təqribən 1000 ton olacaq.

ARDNŞ geoloqlarının qiymətləndirmələrinə əsasən, "Neft Daşları" yatağında neftin qalıq həcmi 30 mln. ton təşkil edir. Dövlət Neft Şirkəti 2010-cu ilədək yataqdan neft hasilatını artırmaq üçün 78 yeni quyu qazacaq, həmçinin yeni platformaların tikintisi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti