...

ARDNŞ yeni qaz quyusunun qazılma imkanlarını nəzərdən keçirir

Energetika Materials 24 İyun 2008 13:01 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 iyun / Trend , müxbir E.İsmayılov/ Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Kompleks qazma işləri" tresti "Kalmaz" qazma sahəsində daha bir quyunun qazılması imkanlarını nəzərdən keçirir. Bu barədə çərşənbə axşamı "Kompleks qazma işləri" trestindən bildiriblər. Bu sahədə yaxşı baza var.

Əvvəllər bu qazma sahəsində trest tərəfindən quru yatağı üçün hasilatı rekord dərəcədə olan qaz quyusu istismara verilib. Quyudan sutkalıq qaz hasilatı 75 min kub metr təşkil edir.

Yüksək debitli quyunun dərinliyi 1870 metr təşkil edir. O, səmərəli layın dördüncü üfüqündə qazılıb. Hazırda yeni quyudan qazın nəqli üçün qaz kəmərinin tikintisi üzrə iş aparılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti