...

Azneftkimyamash-ın istehsal artımı təqribən 40 faizə çatıb

Energetika Materials 14 İyul 2008 17:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 iyul/ Trend , müxbir S.Babayeva/ Birinci yarımil ərzində Azneftkimyamash ASC məhsul istehsalını 37,1 faiz artırıb. Bu barədə bazar ertəsi ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi məlumat verib.

"Artım istehsalın gücləndirilməsi hesabına mümkün olub", - o bildirib.

Onun sözlərinə görə, altı ay ərzində 18,6 mln. manatlıq neft-mədən, geoloji kəşfiyyat avadanlığı, alətlər və onların ehtiyat hissələri istehsal olunub. Məhsul 16,7 mln. manata realizə edilb. Bu 2007-ci ilin yanvar-iyunu ilə müqayisədə 45 faiz çoxdur.

Bu dövr ərzində Zabrat maşınqayırma zavodu 3,1 mln. manatlıq, Suraxanı maşınqayırma zavodu - 2,6 mln. manat, "Bakı fəhləsi" zavodu - 2,3 mln. manat, Sabunçu EİB - 1,6 mln. manat, Bakı neft-mədən maşınqayırması zavodu - 2,1 mln. manat, Sərdarov adına zavod - 1,4 mln. manat, Bakı maşınqayırma zavodu - 1,3 mln. manat, Səttərxan adına zavod isə 1,4 mln. manatlıq məhsul istehsal edib.

2008 -ci ildə təşkilat 33,5 mln. manatlıq istehsal proqnozlaşdırır.

Azneft kimyamash ASC respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı ilə Azneftkimyamash DŞ-nin bazasında yaradılıb. ASC -nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruksiya institutu daxildir.

Xəbər lenti

Xəbər lenti