...

ABŞ prezidenti neft hasilatının artırılması üçün Xəzər regionuna sərmayə yatırmağa çağırıb

Energetika Materials 15 İyul 2008 20:49 (UTC +04:00)
ABŞ prezidenti neft hasilatının artırılması üçün Xəzər regionuna sərmayə yatırmağa çağırıb

Azərbaycan, Bakı, 15 iyul/ Trend , müxbir A.Bədəlova/ ABŞ prezidenti Corc Buş neft hasilatının artırılması üçün Xəzər regionuna sərmayə yatırmağın zəruri olduğunu bəyan edib.

"Mən Xəzər hövzəsinə nibkinliklə baxıram. Bu region neft hasilatının artırılması üçün sərmayə tələb edir", - Buş çərşənbə axşamı Ağ Evdə bildirib. Onun çıxışı "Vesti" kanalının birbaşa efirində yayımlanıb.

BP-nin məlumatlarına görə, Xəzəryanı ölkələrin təsdiq edilmiş neft ehtiyatları 265,2 mlrd. barel təşkil edir. Bunun 7 mlrd. bareli Azərbaycan, 39,8 mlrd. bareli Qazaxıstan, 0,6 mlrd. bareli Türkmənistan, 79,4 mlrd. bareli Rusiya və 138,4 mlrd. bareli İranın payına düşür.

Buşun Xəzərdə neft hasilatının artırılmasına çağırışı onun neft və neft məhsullarını yüksək qiymətlərinin sabitləşdirilməsi məqsədilə, Atlantik və Sakit okeanların şelfində və Meksika körfəzi hissəsində neft hasilatına qoyulan moratoriumu ləğv etmək barədə bir müddət əvvəlki qərarı ilə sıx bağlıdır.

"[ABŞ - da şəxsi neft hasilatının artması] dünyaya siqnal olacaq ki, biz şəxsi neft ehtiyatlarımızdan istifadə edəcəyik", - Buş bildirib.

Amerikanın neft şelfinin işlənilməsinə qadağa 18 il əvvəl, Konqres tərəfindən dəstəklənən böyük Corc Buş tərəfindən qoyulub.

BP-nin məlumatlarına əsasən, ABŞ -ın təsdiq edilmiş neft ehtiyatları 29,4 mlrd. barel təşkil edir. ABŞ, Kanada (27,7 mlrd. barel) və Meksika (12,2 mlrd. barel) daxil olmaqla, Şimali Amerikanın təsdiq edilmiş. neft ehtiyatları 69,3 mlrd. bareldir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti