...

Almaniya Afrikanın hesabına Rusiyadan enerji asılılığını azaltmaq istəyir – ekspertlər

Energetika Materials 21 İyul 2008 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyul/ Trend Cap , müxbir A.Bədəlova/ Almaniyanın Əlcəzairdən qaz idxal etmək arzusu ölkənin Rusiyadan karbohidrogen tədarükündən enerji asılılığını azaltmaq arzusu ilə bağlıdır. Trend -ın bazar günü rəyini soruşduğu beynəlxalq ekspertlər belə hesab edirlər.

Almaniyanın kansleri Angela Merkel ötən həftə Əlcəzairə birinci rəsmi səfəri zamanı ölkəsinin qaz sahəsində Şimali Afrika ölkəsi ilə sıx əməkdaşlıq etmək arzusunda olduğunu bəyan edib. Merkel Əlcəzair prezidenti Abdüləziz Buteflika ilə görüşdə bildirib ki, bu Şimali Afrika ölkəsi böyüklüyünə görə Avropanın qaz tədarükçüləri arasında üçüncüdür. Lakin onun alıcıları arasında Almaniya yoxdur. Əlcəzairin Dövlət Neft Şirkəti Sonatrach Avropaya iri qaz tədarükçülərindən biridir.

Alman politoloq, Xarici Siyasət üzrə Alman Şurasının Rusiya və MDB ölkələri Proqramının direktoru Aleksandr Rarın sözlərinə görə, Almaniya Rusiya qazına alternativ axtarır.

"Almaniya Rusiyadan qazın alınmasını diversifikasiya etmək istəyir. "Nabukko" qaz kəməri tikilməyə bilər, onun üçün pul toplaya bilməzlər. İranı layihəyə qoşmaq lazımdır ki, amerikalılar da buna razı deyillər", - Rar elektron poçtla Trend -a bəyan edib.

Onun sözlərinə görə, Almaniya Fransa prezidenti Nikolya Sarkozinin Aralıq dənizi ölkələri İttifaqı üzrə siyasəti ilə maraqlanıb. İyulun ortalarında Parisdə Fransa rəhbərinin təşəbbüsü ilə, Aralıq dənizi naminə İttifaq (Union for Mediterranean) yaradılıb. İttifaq Aİ ölkələri və Aralıq dənizinə çıxışı olan dövlətləri birləşdirir.

"Təbii ki, Aİ Əlcəzair, Liviya və digər ölkələrlə enerji layihələrini həyata keçirmək üçün Məqrib ölkələrinə münasibətdə bu strategiyaya başlayır", - Rar bildirib. Məqrib ölkələrinə Mavritaniya, Mərakeş, Əlcəzair, Tunis, Liviya daxildir. "Renessans Kapital" İnvestisiya Qrupunun neft və qaz üzrə analitiki Yelena Savçikin rəyinə görə, Aİ və Köhnə Dünyanın digər ölkələri Rusiyadan enerji baxımdan asılı olmalarından çox narahatdırlar və onu azaltmaq məqsədilə əllərindən gələn hər bir şeyi edirlər. Savçik bazar ertəsi telefonla Trend -ın Moskvadakı xüsusi müxbirinə bildirib ki, bu, siyasi xarakterli məsələdir.

"Almaniya istənilən Avropa ölkəsi kimi, bütün üsullarla özünün karbohidrogenlər idxalını diversifikasiya etməyə çalışacaq. Lakin bunun nə dərəcədə mümkün olacağı başqa məsələdir", - Savçik bildirib.

Onun rəyinə görə, məsələ həcmdən ibarət olsa da, Almaniyanın Afrikaya istiqamətlənməsi istənilən imkanların axtarışıdır.

"Avropa üçün problem kiminsə, çətin ki ,"Qazprom"un həcmlərinin yerini doldura bilməsindədir", - analitik söyləyib.

Almaniyanın idxalında Rusiyanın təbii qazının payı 40 faizdir. Bu Avropa ölkəsi Norveçdən də qaz alır. Bir müddət əvvəl Rusiyanın qaz inhisarçısının rəhbəri Aleksey Miller 2009 - cu il yanvarın 1-dən etibarən, Avropa üçün Rusiya qazının qiymətinin 1 min kubmetrə görə $410-dan $500-dək artdığını bəyan edib.

Savçikin sözlərinə görə, "Qazprom" qiymətləri inhisarçı olmasına görə deyil, bazarın belə işləməsinə görə qaldırır.

"2009 - cu ildən qazın qiymətləri hər yerdə artacaq. Belə ki, qaz neftin qiymətlərindən birbaşa asılıdır. Almaniya və digər Avropa ölkələri, çətin ki, istənilən digər qaz üçün az vəsait ödəyəsinlər", - Savçik bildirib.

Materialın hazırlanmasında həmçinin A.Qasımova, R.Ağayev iştirak ediblər.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: Cap

Xəbər lenti

Xəbər lenti