...

Neft şirkətləri üçün yüksək vergi dərəcələri Qazaxıstana sərfəli deyil – KazEnergy-nin rəhbəri

Energetika Materials 28 İyul 2008 15:49 (UTC +04:00)
Neft şirkətləri üçün yüksək vergi dərəcələri  Qazaxıstana sərfəli deyil – KazEnergy-nin rəhbəri

Qazaxıstan, Astana, 28 iyul/ Trend , müxbir K.Konırova/ Neft şirkətləri üçün yüksək vergi dərəcələri dövlətə sərfəli deyil. KazEnergy Assosiasiyasının İdarə Heyətinin sədri Timur Kulibayev hesab edir.

"Bu gün yüksək vergilər, öz ehtiyatlarının kifayət qədər olmasına baxmayaraq, Rusiya şirkətlərini özgə bazarlara getməyə məcbur edir", - Assosiasiyanın Astanada keçirilən növbəti iclasında yeni Vergi Məcəlləsi dərəcələri həcminin müzakirəsi zamanı öz mövqeyini jurnalistlərə açıqlayan Timur Kulibayev söyləyib.

Qazaxıstanda vergi yükü çox yüksək olarsa, Qazaxıstan şirkətlərinin özgə bazarlara getməsinin mümkünlüyü istisna edilmir.

Əvvəllər verilən məlumata görə, KazEnergy-nin mütəxəssisləri hesab edirlər ki, hökumətin təklif etdiyi vergi ödəmələrinin hesablama metodikası dünya təcrübəsi ilə üst-üstə düşmür. Belə ki, dünya şirkətləri üçün göstəricilərin müqayisəsində vergi yükü əmsalını (VYƏ) xalis mənfəətə, Qazaxıstan şirkətləri üçün isə, ümumi gəlirə istinadən hesablayırlar.

Rusiyanın LUKOYL şirkətinin məlumatlarına görə, vergi yükü əmsalı 74.6 faiz təşkil edir. Lakin Qazaxıstan Maliyyə Nazirliyinin metodikası üzrə hesablamalar zamanı o, 33.9 faizədək azalardı. "KMQ Kəşfiyyat Hasilat" şirkətinin VYƏ-ni dünya şirkəti üçün müəyyən etsək, o 35 deyil, 51 faiz təşkil edəcək.

"KazEnergy"nin mütəxəssisləri neft şirkətlərinin yerləşdiyi ölkələrdəki inflyasiyanı da diqqətə alırlar. Rəsmi məlumatlara əsasən 2007- ci ildə Qazaxıstanda inflyasiya 18.9 faiz təşkil etdiyi halda, Norveçdə - 0.8 faiz, Fransada - 1.6 faiz, Böyük Britaniyada - 2.3 faiz olub. Beləliklə, KMQ KH yalnız inflyasiyaya görə, 2007- ci ildə Qərb şirkətləri ilə müqayisədə, gəlirlərinin 16-18 faizini itirib.

Neftçilərin hesablamalarına əsasən, sahəyə (KMQ KH) real vergi yükü 35 faiz yox, 77-79 faiz təşkil edir.

"KazEnergy" Assosiasiyası ölkənin energetika sahəsində çalışan Qazaxıstan, əcnəbi neft - qaz şirkətlərini, servis və digər şirkətləri birləşdirir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti