...

2009-cu ildə Azərbaycanın neft tədarükü artacaq - OPEC

Energetika Materials 8 Avqust 2008 19:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 avqust/ Trend , müxbir A.Bədəlova/ 2009-cu ildə Azərbaycanın neft tədarükü sutkada 130 min ton barel artaraq, 1,17 mln.barel olacaq, OPEC-in rəsmi saytında yerləşdirilmiş məruzədə deyilir.

OPEC-in bu ilki proqnozlarına əsasən, Azərbaycanda neft tədarükü sutkada 200 min barrel artaraq, 1,06 mln. barelə çatacaq.

2009-cu ildə Qazaxıstanın neft tədarükü 2008-ci illə müqayisədə, sutkada 120 min barrel artaraq, 1,57 mln. barelə çatacaq. Bu il Qazaxıstanın neft tədarükü  2007-ci illə müqayisədə, sutkada 88 min barel artaraq, 1,44 mln. barel olacaq. Cari ilin üçüncü rübündə ölkə sutkada 1,41 mln. barel, dördüncü rübdə isə sutkada 1,48 mln. tədarük edəcək.

Bu il OPEC-ə daxil olmayan ölkələrin neft tədarükü, OPEC-in proqnozlarına əsasən, sutkada 50,13 mln. barel olacaq ki, bu da ötən illə müqayisədə, 690 min barel çoxdur. Bu ilin üçüncü rübündə OPEC-ə daxil olmayan ölkələr sutkada 49,88 mln. barel, dördüncü rübdə sutkada  51,12 mln. barel tədarük edəcəklər. 2009-cu ildə bu ölkələr sutkada 50,95 mln. barel tədarük edəcəklər.

OPEC-in proqnozlarına əsasən, 2008-ci ildə dünyanın neft təlabatı sutkada 1,1 mln barel artaraq,  86,88 mln. barel təşkil edəcək. Bu il OPEC-in tədarük etdiyi neftə təlabat ,orta hesabla, sutkada 31,82 mln. olacaq. 2009-cu ildə dünyanın neft təlabatı sutkada 900 min barel təşkil edərək, 87,71 milyon barelədək artacaq. Gələn il OPEC-in tədarük etdiyi neftə olan təlabat  sutkada 31,24 ml. barrel təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti