...

Azərbaycanda EİTİ üzrə doqquzuncu hesabatın hazırlanması üçün beynəlxalq auditorun seçimi elan edilib

Energetika Materials 9 Avqust 2008 13:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 avqust / TrendCap , müxbir İ.Xəlilova/Azərbaycanın Dövlət Neft Fondu (ARDNF) Mədən Sənayesində Şəffaqllıq Təşəbbüsü (EİTİ) çərçivəsində doqquzuncu hesabatın hazırlanması üçün Azərbaycanda fəaliyyət göstərən beynəlxalq auditor şirkətlərinin təkliflərinin qəbulunu elan edib. Bu barədə şənbə günü Neft Fondundan məlumat veriblər. Auditorun vəzifələrinə neft və qaz sənayesi şirkətlərinin və Azərbaycan hökumətinin 2008 - ci ilin birinci yarısında daxilolmalar haqqında hesabatlarının tutuşdurulması daxildir.

İddiaçılar 18 avqust 2008-ci il saat 18.00 - dək müsabiqə seçimində iştirak üçün ərizələrini Dövlət Neft Fonduna təqdim edə bilərlər. Şirkətlər məlumat almaq üçün auditorun seçilməsi məqsədilə yaradılan seçkiqabağı qrupa müraciət edə və aşağıdakı telefon və ya elektron poçtla məsul şəxslə əlaqə saxlaya bilərlər: 498-77-53 (daxili 129), [email protected].

Doqquzuncu hesabatın hazırlanmasına başlamaq qərarı Azərbaycanda EİTİ-nin tətbiqi üzrə memorandumu imzalayan EİTİ üzrə hökumət komissiyası, mədən sənayesinin yerli və əcnəbi şirkətləri və QHT Koalisiyasının nümayəndələrindən ibarət seçkiqabağı qrupun avqustun 7- də keçirilən iclasında qəbul edilib.

Hər hesabat dövrü üzrə yeni tender keçirilir və EİTİ təşəbbüsü üzrə Hökumət komissiyası, yerli və əcnəbi neft və qaz şirkətləri və Mədən Sənayesində Şəffaflığın Artırılması üzrə Koalisiyanın birgə iclasında auditor şirkəti təsdiqlənir.

2003 -2005 - ci illər və 2006 - cı ilin birinci yarısından auditi Deloytte aparıb. 2005 - ci ilin birinci yarısı üzrə hesabatı Accountants Global Network-a daxil olan AGN Mak Azerbaijan LTD hazırlayıb. 2006 - cı il və 2007-ci ilin birinci yarısının yekunları üzrə hesabat Moore Stephens beynəlxalq audit şirkəti tərəfindən hazırlanıb.

Növbəlilik prinsipinə uyğun olaraq, audit şirkətinin haqqı hasilat sənayesində çalışan şirkətlər tərəfindən ödəniləcək. Anlaşma Memorandumunda 26 neft-qaz şirkəti iştirak edir.

Ümumilikdə 2007- ci il ərzində Azərbaycan hökumətinə neft- qaz layihələrindən $169,905 mln. və 2437,68 mln. manat verilib.

Avqustun 9-na olan cari məzənnə -- 0,8109 AZN/USD.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan - [email protected]

Xəbər lenti

Xəbər lenti