...

Gürcüstanın Poti limanı Azərbaycandan gələn neft məhsullarının qəbulunu dayandırıb (əlavə olunub)

Energetika Materials 10 Avqust 2008 18:04 (UTC +04:00)
Gürcüstanın Poti limanı Azərbaycandan gələn neft məhsullarının qəbulunu dayandırıb (əlavə olunub)

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 10 avqust/ Trend müxbir S.Əliyev/ Gürcüstanın Qara Dəniz Poti limanın bombardumanı nəticəsində Azərbaycan ərazisindən tranzitlə bu limana gələn yüklərin qəbulu dayandırılıb. Bu barədə bazar günü Azərbaycan Dövlət Dəmir Yolu İdarəsində bildiriblər (ADDY).

"Hal hazırda Poti limanı ora göndərilən yükləri qəbul etmir. Azərbaycandan bu limana gələn qatarlar Gürcüstan ərazisində başqa istiqamətlərə göndərilir", İdarədə qeyd ediblər.

Hal hazırda Gürcüstan ərazisində Soçi istiqaməntinə hərəkət edən çox saylı açıq neft məhsullarının vaqon-çənlərində olması mövcuddur.

ADDY İdərəsindən onuda bildiriblər ki, gürcü limanında nə vaxt neft məhsullarının qəbulu başlanacığı bilinmir.

Tbilisidən Bakıya hərəkət edən sərnişin qatarları normal qaydada hərəkət edir. Bu gün axşam Gürcüstanın paytaxtına növbəti qatar yola düşəcək.

Qara Dəniz sahilində yerləşən Gürcüstanın Poti limanı müxtəlif yüklərin tranzitlə Azərbaycanın ərazisindən göndərilməsi ilə məşğuldur, o cümlədən açıq neft məhsullarınıda.

Limanın neft terminalının gücü 9 mln. ton təşkil edir.

Yüklərin qəbulu gürcü-cənubiosetin münaqişəsi zamanı edilən bombarduman nəticəsində dayandırılıb.

"Azərbaycan hava yolları müvəqəti Tbilisi şəhərinə həyata keçirilən reysləri dayandırıb", deyə "AZAL" QSC bildiriblər. Bu gün Bakı - Tbilisi reysi təxirə salınmışdır və bu istiqamətdə biletlərin satışı dayandırılmışdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti