...

ARDNŞ Gürcüstanda yeni yanacaqdoldurma stansiyaları açır

Energetika Materials 23 Avqust 2008 14:25 (UTC +04:00)

Azərbaycan, BAkı, 23 avqust/ Trend , müxbir E.İsmayılov/Şənbə günü Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) iki yeni yanacaqdoldurma stansiyasının açılışı olacaq, - şənbə günü SOCAR Georgia Şirkətinin Baş direktoru Mahir Məmmədov deyib.

"Bu gün Teleti və Bolnisidə yeni yanacaqdoldurma stansiyalarının aşılış mərasimi olacaq", - Məmmədov deyib.

Onun sözlərinə görə, çərşənbə günü Qurcaanidə yanacaqdoldurma stansiyanın açılışı planlaşdırılıb.

ARDNŞ-nin Potidə yanacaqdoldurma stansiyaları açması, bu istiqamətdə hərəkət bərpa edildikdən sonra mümkün olacaq. Hərbi vəziyyətlə əlaqədar olaraq, ölkədə hərəkətə qoyulmuş məhdudiyyət stansiyaya neft məhsullarının çatdırılmasına imkan vermir. Yanacaqdoldurma stansiyanın avqustun 6-7-də istismara verilməsi planlaşdırılıb, lakin Gürcüstanda münaqişənin başlanması bunu etməyə imkan verməyib.

ARDNŞ-nin Gürcüstan ərazisindəki digər yanacaqdoldurma stansiyalarının işi normal rejimdə aparılır. Yanacaqdoldurma stansiyaları üçün neft məhsullarının təchizatı Tbilisiyədək edilir, oradan isə yanacaqdoldurma stansiyalara avtonəqliyyat vasitəsilə daşınır.

Hazırda ARDNŞ-nin Gürcüstan ərazisində 11 yanacaqdoldurma stansiyası var.

SOCAR Georgia ARDNŞ-nin 100 faizlik törəmə şirkətidir.

Xəbər lenti

Xəbər lenti