...

Bakı-Supsa boru kəməri yaxın günlərdə istifadəyə veriləcək

Energetika Materials 10 Sentyabr 2008 16:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 sentyabr/ Trend , müxbir E.İsmayılov/ Yaxın günlərdə Bakı-Supsa boru kəməri ilə neft ixracının başlanması planlaşdırılır. Bu barədə çərşənbə günü Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) marketinq və investisiyalar üzrə vitse-prezidenti Elşad Nəsirov bildirib.

Boru kəmərinin operatoru olan Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yarım illik təmirdən sonra, avqustda bu marşrut üzrə neft ixracını bərpa etmək niyyətində idi. Lakin avqustda gürcü-osetin münaqişəsinə görə təhlükəsizlik məqsədi ilə neftin boru kəmərinə vurulması dayandırılıb.

Hazırda BP şirkəti və operator ABƏŞ Bakı-Supsanın istifadəsinin davam etdirilməsi imkanlarını araşdırırlar. Bununla yanaşı, şirkət əvvəllər həmçinin təhlükəsizlik məqsədi ilə dayandırılan Cənubi Qafqaz (Bakı-Tbilisi-Ərzrum) qaz kəmərinin istifadəsinə başlayıb.

İşlər dayandırılanadək Bakı-Supsa boru kəməri ilə ABƏŞ-in "Azəri-Çıraq-Günəşli" yataqları blokundan hasil etdiyi yüngül neft nəql olunurdu.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti