...

ARDNŞ dəniz yatağında yeni quyu istismara verib

Energetika Materials 12 Sentyabr 2008 15:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 sentyabr / Trend / Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) "Abşeronneft" Neft-Qaz Çıxarma İdarəsi (NQÇİ) "Gürgən-dəniz" dəniz yatağında yeni neft quyusu istifadəyə verib. Bu barədə ARDNŞ-in cümə günü yayılan məlumatında bildirilir.

Qazma işləri "Neft daşları" Qazma İşləri İdarəsi tərəfindən aparılıb, burada neft 2786-2793 metr dərinlikdə yerləşən "Kirmaki" lay dəstəsindən çıxarılır. Yataqda sutkalıq neft hasilatı 15 ton təşkil edir.

İlin əvvəlindən yataqda 29 yeni quyu itsismara verilib. Dövlətə 113 min 360 ton neft təhvil verilib ki, bu da 2007-ci ilin göstəricisindən 6,9 faiz çoxdur.

On il ərzində "Gürgən-dəniz" yatağında neft hasilatı stabil olaraq qalır, qaz hasilatı isə ötən il ilə müqayisədə iki dəfə artıb. Yataq 1947-ci ildən istismar olunur, bu yataqda 121 quyu istifadəyə verilib. Ötən 40 il ərzində yataqdan 7,2 mln. ton neft və 600 mln. kubmetr qaz hasil edilib.

Yanvar-avqustda NQÇİ-nin balansında olan yalnız köhnə yataqlardan 23,4 mln. kubmetr qaz hasil edilib ki, bununda 2,6 mln. kubmetri plandan artıq olub. Cari ilin yanvar ayında sutkalıq qaz hasilatı 57 min kubmetr təşkil edibsə, avqustda bu rəqəm 134 min kubmetrə bərabər olub. Bu, "Abşeron bankası" yatağında iki yeni quyunun istismara verilməsi sayəsində mümkün olub. Bu quyuların hər birindən sutkada 50 min kubmetr qaz hasil edilir.

Xəbər lenti

Xəbər lenti