...

İran və Pakistan qaz kəmərinin tikintisi üçün şirkət yaradılması barədə razılığa gəliblər

Energetika Materials 25 Sentyabr 2008 12:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr/ Trend / İran və Pakistan rəhbərləri "Cənubi Pars" yatağından Pakistanın Multan regionunadək qaz kəmərinin tikinti layihəsinin reallaşdırılması üçün birgə şirkətin yaradlılmasına dair razlıq əldə ediblər.

"Müştərək şirkət layihənin həyata keçirilməsi üçün lazım olan 7,5 milyard dollar vəsaitin təmin edilməsi məqsədilə yaradılır", - deyə İranın EKONEWS xəbər saytı Pakistanın İrandakı səfirliyinə istinadən məlumat yayıb.

Birgə şirkətin yaradılmasına dair razılıq Pakistan və İran prezidentlərinin Nyu-Yorkda BMT sammiti çərçivəsində görüşü zamanı əldə olunub.

İran prezidenti Mahmud Əhmədinejad və Pakistan prezidenti Asif Əli Zərdari boru kəmərinin reallaşdırılması, həmçinin oktyabrın 9-10-da iki ölkənin xarici işlər nazirlərinin görüşünün keçirilməsi üçün hər iki ölkədən 5 yüksək vəzifəli rəsminin iştirakı ilə Komitənin yaradılması haqda razılığa gəliblər.

Boru kəmərinin uzunluğu 2700 km təşkil edəcək.

Xəbər lenti

Xəbər lenti