...

Qazaxıstan gürcü-osetin münaqişəsinin nəticələrinin aradan qaldırılması haqqında düşünməyi təklif edir

Energetika Materials 3 Oktyabr 2008 14:07 (UTC +04:00)

Qazaxıstan, Astana, 03 oktyabr / Trend , müxbir K.Konırova/ Qazaxıstanın Qafqazla iqtisadi əməkdaşlığın inkişafı üzrə böyük planları var və gürcü-osetin münaqişəsinin nəticələrinin aradan qaldırılması haqqında fikirləşməyi təklif edir.

"Münaqişənin nəticələrinin aradan qaldırılması haqqında fikirləşmək lazımdır. Bizim yaxşı planlarımız var. Biz Qafqaz vasitəsilə neft ticarəti aparırıq. Bütün münaqişələr sülhlə bitməlidir", - cümə günü Qazaxıstanın prezidenti Nursultan Nazarbayev deyib, - Trend -ın Astanadakı xüsusi müxbiri xəbər verib.

Onun sözlərinə görə, Avropa İttifaqı münaqişənin həll edilməsi üçün qazaxıstanlı müşahidəçilər daxil olmaqla, müşahidəçilər kontingentinin göndərilməsi barədə qərar qəbul edib.

"Bizim üçün bu həm siyasi, həm də iqtisadi məna daşıyır", - Nazarbayev Latviya prezidenti Valdis Zatlerslə görüşdə bildirib.

Cümə günü Astanada Latviya prezidentinin səfəri çərçivəsində Qazaxıstan-Latviya biznes-forumu keçiriləcək. Forumda 90 Latviya və 150-dən çox qazax şirkəti iştirak edəcək. 2007-ci ildə Qazaxıstan və Latviya arasında mal dövriyyəsi $196 mln.ötüb.    

Qazaxıstan Azərbaycan ərazisi vasitəsilə ildə orta hesabla 2 mln ton neft ixrac edir. "KazMunayqaz" Gürcüstanın Batumi limanında neft terminalına sahibdir. 2012-ci ildən sonra Qazaxıstanın "Kaşaqan" yatağında hasil olunun neftin bir hissəsi Bakı-Tbilisi-Ceyhan boru kəmərinə göndəriləcək.

Xəbər lenti

Xəbər lenti