...

Azərbaycan neftinin qiyməti: 29 sentyabr - 3 oktyabr həftəsinin yekunları

Energetika Materials 6 Oktyabr 2008 16:53 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr / Trend , müxbir A.Bədəlova/ 29 sentyabr - 3 oktyabr həftəsində Azərbaycanın Türkiyənin Ceyhan və Gürcüstanın Batumi limanından satdığı AZERI LT (CIF) neftinin otra qiyməti $95,02/barr. təşkil edib.

29 sentyabr - 3 oktyabr həftəsində AZERI LT neftinin maksimal qiyməti$98,59 /barr, minimal qiyməti isə $91,9/barr təşkil edib. Azeri Light neftinin APİ üzrə sıxlığı 34,6 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 0,14%-dir.

29 sentyabr - 3 oktyabr həftəsində Azərbaycanın Novorossiysk limanından satdığı URALS (EX-NOVO) neftinin orta qiyməti $88,92/barr təşkil edib

29 sentyabr - 3 oktyabr həftəsində URALS neftinin maksimal qiyməti $92,46/barr, minimal qiymət isə $85,89/barr təşkil edib.

URALS neftinin sıxlığı APİ üzrə 32 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı - 1,3%-dir. Lakin satış zamanı bu neft növünün spesifikasiyası, müxtəlif vaxtlarda tərkibində daha çox (daha az) dominantlıq edən keyfiyyətli neft növlərindən asılı olaraq, dəyişir.

29 sentyabr - 3 oktyabr həftəsində Brent Dated neftinin orta qiyməti $92,31/barr təşkil edib.

Ötən həftə Brent neftinin maksimal qiyməti $95,93/barr, minimal qiymət $89,46/barr təşkil edib.

Brent Dated neftinin sıxlığı APİ üzrə 38,3 dərəcə, tərkibindəki kükürdün miqdarı - 0,36%-dir.

Xəbər lenti

Xəbər lenti