...

SOCAR şirkəti Kulevidə batan "Skadovsk" gəmisindən yanacağın axmasının qarşısını almaq üçün bonlar quraşdırıb

Energetika Materials 6 Oktyabr 2008 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Gürcüstanın SOCAR şirkətinə (Azərbaycanın Dövlət Neft Şirkəti) məxsus Kulevi Qara dəniz neft terminalının rəhbərliyi ukraynalı və gürcüstanlı mütəxəssislərlə birlikdə fırtına nəticəsində batmış "Skadovsk" gəmisindən yanacağın dənizə axmasının qarşısını almaq üçün xüsusi bonlar quraşdırıb, - bazar ertəsi terminaldan bildiriblər. Limanda dibdərinləşdirmə işləri ilə məşğul olan torpaqqazanın baklarından yanacağı çəkmək üçün edilən cəhdlər də davam edir.

Hazırda terminalın nümayəndələri və gəmi sahibləri baş verən qəzanın hüquqi aspektləri üzrə danışıqlar aparırlar. "İndi batmış gəmi bərkidilib. Belə ki, yaxın saatlarda daha bir tufan gözlənilir. Gəminin daha bir zədə almasına yol verək olmaz. Dənizin çirklənməsi ehtimalı realdır. Belə ki, "Skadovsk"da 30 ton yanacaq olub. Hazırda yanacağın axmasının qarşısını almaq üçün işlər aparmaq lazımdır", - Gürcüstanın ətraf mühit və təbii ehtiyatlar naziri İrakli Qvaladze bəyan edib.

Bir müddət əvvəl görülən işlərin gedişində gəmi kapitanının cəsədi tapılıb. Ümumilikdə 3 nəfər həlak olmuş sayılır. Gəminin göyərtəsində olan 31 nəfərdən 28 - i xilas edilib.

"Skadovsk" cümə günü fırtına nəticəsində (6 -7 ballıq fırtına) Gürcüstan vaxtı ilə səhər saat 5 - də çevrilib. Sentyabrın 30 - da bu gəmi saya oturub və deşilib. Sonra Ukraynadan mütəxəssislər gəlib və "Skadovsk"u saydan yedək vasitəsilə çıxarmağı qərara alıblar. Yedəkləmə işləri zamanı gəmi çevrilib, - terminaldan bildiriblər.

Qəza terminalın işinə heç bir şəkildə təsir göstərməyib. Gəmilərin limana daxil olmasına maneələr yoxdur. Hazırda sifariş olmadığında, terminalda yükləmə işləri aparılmır. Dənizin dibinin dərinləşdirilməsi işləri iri gəmilərin limana daxil olmasına şərait yaradılması üçün aparılıb.

SOCAR şirkətinin (Azərbaycanın Dövlət Neft Şirkəti) Kulevi terminalı eyni vaxtda 168 sistern-vaqonu qəbul edə bilər. Terminalın ümumi aşırma gücü, 2 mln. ton xam neft, 3 mln. ton dizel yanacaı, 4 mln. ton mazut  daxil olmaqla, ildə 10 mln. maye neft məhsulları təşkil edir. Terminalın çən parkının ümumi tutumu 320 min kubmetrdir. Terminalın illik gücünü 15 - 20 mln. tonadək artırmaq, çən parkını 380 min kubmetrədək genişləndirmək planlaşdırılır.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti