Azərbaycan, Bakı, 08 oktyabr/ Trend , müxbir A.Bədəlova/ ABŞ - ın Dövlət Energetika İdarəsinin (EİA) proqnozlarına əsasən, 2009 - cu ildə OPEK- in neft hasilatı sutkada 0,79 mln. barel - sutkada 31,59 mln. barelədək azalacaq.
EİA - nın proqnozlarına əsasən, cari ildə kartelin neft hasilatı sutkad 32,38 mln. barel olacaq ki, bu da 2007 - ci ilin göstəricisindən 1,48 mln. barel çoxdur.
2008 - ci ilin üçüncü rübündə OPEK - in neft hasilatı, orta hesabla, sutkada 32,7 mln. barel təşkil edib, dördüncü rübdə isə, sutkada 32,4 mln. barelədək azalacaq.
Gələn il OPEK - in ümumi neft ixracı 2008 - ci ildə 37,1 mln. barelə qarşı sutkada 0,18 mln. barel - 37,28 mln. barelədək artacaq.
EİA - nın proqnozlarına əsasən, cari ildə OPEK - ə daxil olmayan ölkələrin neft ixracının həcmi ötən ildəri 48,98 mln. barelə qarşı 48,78 mln. barel təşkil edəcək.
2008 - ci ilin ikinci yarısında bu ölkələrin neft ixracı sutkada 115 min barel azalacaq. EİA - nın aylıq hesabatında bildirilir ki, cari ildə OPEK - ə daxil olan ölkələrin neft ixracı 2005 - ci ildən bəri ilk dəfə olaraq mənfi olacaq.
2009 - cu ildə OPEK - ə daxil olmayan ölkələrin neft ixracı sutkada 730 min barel - sutkada 49,51 mln. barelədək artacaq. İxrac artımı dünyada tələbatın yüksəlməsi ilə yanaşı baş verəcək (yeni layihələrdə təxirəsalmalar və ixracda gözlənilməz pozuntular). Gələn il kartelə daxil olmayan ölkələrin neft ixracının artması, əsasən, ABŞ, Azərbaycan və Braziliyanın hesabına müşahidə olunacaq.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]