Azərbaycan, Bakı, 10 oktyabr/ Trend , müxbir A.Bədəlova/ї Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi münasibətlər qurmağa çalışırї, - Trend - a Səudiyyə Ərəbistanının Azərbaycandakı müvəqqəti işlər vəkili Süleyman Dureyviş deyib.
їHazırda Səudiyyə Ərəbistanı və Azərbaycan arasında iqtisadi münasibətlər çox zəifdir. Lakin biz münasibətlərin yaxşılaşmasını və gələcək inkişafını arzulayırıqї, - Dureyviş bildirib.
Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatlarına görə, yanvar-iyulda Azərbaycan və Səudiyyə Ərəbistanı arasında mal dövriyyəsi $678 min təşkil edib.
Dureyviş qeyd edib ki, Səudiyyə Ərəbistanı iqtisadi və siyasi münasibətlər sahəsində balans yaratmağa çalışacaq. İki ölkə arasında siyasi münasibətlər lazımi səviyyədədir.
Diplomatın sözlərinə görə, Səudiyyə Ərəbistanının hökuməti yaxın vaxtlarda neft nəqli ilə bağlı məsələni qaldırmaq niyyətindədir.
їAzərbaycanla neft nəqli ilə bağlı sahədə heç bir əlaqə yoxdur, lakin Krallıq tezliklə bu məsələni qaldıracaqї, - o qeyd edib.
Dureyvişin sözlərinə görə, yaxın aylar ərzində Səudiyyə Ərəbistanı Azərbaycanla iqtisadi yaxınlaşma haqqında məsələ qaldıracaq.