Azərbaycan, Bakı, 13 oktyabr/ Trend , müxbir E.İsmayılov/ Cari ilin yanvar -sentyabr ayları ərzində Bakı Modul tipli Elektrik Stansiyasında elektrik enerjisinin istehsal həcmi 455 mln. kVt/saat təşkil edib ki, bu da ötən ilin analoji dövr göstəricisindən 122 mln. kVt/saat çoxdur. Bu barədə "Azərenerji" SC -nin bazar ertəsi yayılan məlumatında bildirilir.
Sentyabrda elektrik stansiyasında istehsal həcmi 53 mln. kVt/saat elektrik enerjisi təşkil edib.
Bakı Modul tipli Elektrik Stansiyası 104 MVt gücündədir və ötən ilin əvvəlində Finlandiyanın "Wartsila" şirkəti tərəfindən tikilib. Azərbaycan regionlarının elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması layihəsi çərçivəsində, Şəki, Astara, Xaçmaz rayonlarında, Naxçıvan Muxtar Respublikasında, dördü 87 MVt olmaqla, beş modul tipli stansiya, Bakıda isə, 104 MVt gücündə bir modul tipli stansiya tikilib.