...

Amerika bankı 2009 - cu ildə neftin qiyməti proqnozunu azaldıb

Energetika Materials 15 Oktyabr 2008 18:13 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 oktyabr/ Trend , müxbir A.Bədəlova/ Dünyada böyüklüyünə görə üçüncü bank - Nyu -Yorkda yerləşən JP Morgan cari ilin dördüncü rübündə və 2009-cu ildə neftin qiymət proqnozunu, müvafiq olaraq, bir barelə görə $79 və $74,75- dək azaldıb.

Bankın analitiklərinin məruzəsində bildirilir ki, proqnoz zəif iqtisadiyyat, bahalı kreditlər, həmçinin, OPEK-ə daxil olmayan ölkələrin ixracı bərpa etməsi kimi amillərin cəmini əks etdirir.

Bankın proqnozlarına əsasən, 2008-ci ildə Amerikanın WTI növlü yüngül neftinin qiyməti bir barelə görə $104,71 olacaq. 2009 - cu ildə maksimal qiymət dördüncü rübdə bir barelə görə $79, minimal qiymət  ikinci rübdə bir barelə görə $70 olacaq.

JP Morgan-ın məlumatında bildirilir ki, dünya iqtisadiyyatı resessiya vəziyyətindədir. Belə vəziyyət gələn ilin birinci rübünədək davam edə bilər. Bunu nəzərə alan bank cari ilin sonu və 2009 -cu ildə dünya iqtisadiyyatının artımı üzrə proqnozlarını kəskin azaldıb.

Məruzəyə əsasən, dünya ÜDM - in artımı 2008 - ci ildə 2,1 faizdən 2009 - cu ildə 0,9 faizədək azaldılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: с[email protected]

Xəbər lenti

Xəbər lenti